Bank Of Baku

Gəncədə 7 yaşadək uşaqlar üçün peyvənd kampaniyası keçirilir

Gəncədə 7 yaşadək uşaqlar üçün peyvənd kampaniyası keçirilir
# 20 aprel 2009 09:42 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA Bu gün Gəncə şəhər 1 saylı uşaq poliklinikasında 7 yaşadək uşaqların peyvənd kampaniyası keçirilir. Poliklinikanın baş həkimi Gülxar Əsgərovanın APA-nın qərb bürosuna bildirdiyinə görə, bugünkü kampaniyada ümumi prosesdən indiyədək kənarda qalan uşaqların peyvəndə cəlb edilməsi nəzərdə tutulub.
Kampaniyanın bugünkü mərhələsində təqribən, 20 uşağın peyvənd edilməsi gözlənilir. Peyvəndlər ümumilikdə, 9 adda xəstəliyə (vərəm, hepatit B, difteriya, və s.) aparılır. Uşaqların kampaniyaya cəlb edilməsi sahə həkimlərinə həvalə edilib. Kampaniya axşamadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR