Bank Of Baku

Azərbaycanın təhsil naziri Misir Mərdanovun İordaniyaya səfəri başlayıb

Azərbaycanın təhsil naziri Misir Mərdanovun İordaniyaya səfəri başlayıb
# 20 aprel 2009 09:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniya Haşimilər Krallığına səfəri başlayıb. Azərbaycanın İordaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı M. Mərdanov İordaniyanın baş naziri N. Zəhəbi, tərbiyə və təhsil naziri N. Nüeymi, ali təhsil və elmi tədqiqatlar naziri V. Məani ilə görüşəcək, İordaniyanın ən nüfuzlu ali təhsil ocaqları olan İordaniya Universiteti, İordaniya Elm və Texnologiya Universitetini, habelə bir sıra dövlət və özəl məktəbləri ziyarət edəcək, İordaniya Təhsil Təşəbbüsünün, Təhsil və Texnologiya Mərkəzinin fəaliyyəti, ümumilikdə İordaniya təhsil sistemi ilə tanış olacaq. Görüşlər zamanı müvafiq sahələr üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək, İordaniyanın təhsil sahəsində əldə etdiyi uğurlarla tanış olunacaq və Azərbaycan təhsil sistemi barədə İordaniyalı tərəfdaşlara ətraflı məlumat veriləcək.

Hazırda ölkələr arasında təhsil sahəsində əməkdaşlıq istiqaməti üzrə müzakirə edilə biləcək mövzular sırasında məktəblərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, xarici dillərin tədrisi, müəllimlər üçün treninqlərin təşkili, orta məktəblərin tədris cədvəlinin tərtibi, iki dövlət arasında şagird və tələbə mübadiləsi, İordaniya vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının İordaniyada ali təhsil almaq üçün cəlbi, ali təhsil haqqında diplomların qarşılıqlı tanınması, tələbələrə təqaüdlərin verilməsi kimi məsələlər var. Görüşlər zamanı “2007-2009-cu illər üçün Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram”ın həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi keçiriləcək. Bu proqram Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci ilin iyul ayında İordaniya Haşimilər Krallığına səfəri çərçivəsində imzalanmış 15 ikitərəfli sənəddən biridir. Təhsil Nazirliyinin rəsmiləri, ali və orta təhsil müəssisələrinə rəhbərlik edən şəxslərin daxil olduğu Azərbaycan nümayəndə heyətinin səfəri aprelin 24-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR