Bank Of Baku

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 7 minə çatıb

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 7 minə çatıb
# 20 aprel 2009 10:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində hazırda 82 ölkədən 6 943 nəfər xarici vətəndaş qeydiyyatdadır. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Bu ölkənin 3 953 vətəndaşı fərdi uçot sistemində qeydiyyatdadır. Siyahıda növbəti yeri tutan Gürcüstanın isə 1 085 vətəndaşı uçot sistemində qeydiyyata durub. Azərbaycanın fərdi uçot sistemində uçota alınan vətəndaşların sayına görə üçüncü yerdə Rusiya (496), sonrakı yerlərdə İran (215), Hindistan (172), Çin (80), Ukrayna (68), Pakistan (64), Malayziya (63), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (63) qərarlaşıb.
Qeyd edək ki, ölkəmizdə məcburi dövlət sosial sığortası sahəsində fərdi uçotun tətbiqi yerli vətəndaşlarla yanaşı, Azərbaycanın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin də bu dövlət sığortasına cəlbi zərurətini yaradıb. Azərbaycan «Sosial sığorta haqqında» qanuna etdiyi dəyişikliklərə uyğun olaraq, 2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR