Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit, küləkli hava şəraiti davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit, küləkli hava şəraiti davam edəcək
# 20 aprel 2009 10:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, bu gün gündüz saatlarında Bakı və Abşeron yarımadasında güclənən şimal küləyi axşama doğru zəifləyəcək. Aprelin 21-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 15-18 dərəcə isti olacaq. Aprelin 22-də axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyinə keçəcək. Şimal küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu bir qədər düşəcək. Gecə temperatur 7-9, gündüz 13-16 dərəcə isti olacaq. Aprelin 23-də də yarımadanın bəzi yerlərində az yağış yağacaq. Şimal-şərq, şərq küləyi əsəcək, gecə və səhər arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da aprelin 21-də hava əsasən yağmursuz keçəcək. Aprelin 22-də gecə və axşam dağlıq və dağətəyi, 23-də isə əksər rayonlarda yağış yağacağı gözlənilir. Bölgələrdə qərb küləyi əsəcək, ayrı-ayrı günlərdə arabir güclənəcək.

A. Verdiyev bildirib ki, hazırda, eləcə də aprel ayı ərzində müşahidə olunan hava şəraiti anomal hesab edilmir və aprel ayı üçün xarakterik sayılır. Onun sözlərinə görə, əvvəlki illərdə builkinə oxşar, hətta bundan da aşağı temperaturun qeyd olunduğu aprel ayları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR