Bank Of Baku

Gənclər və İdman Nazirliyi ilə İranın Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanacaq

Gənclər və İdman Nazirliyi ilə İranın Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanacaq
# 20 aprel 2009 12:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gündən aprelin 24-dək gənclər və idman naziri Azad Rəhimovun İran İslam Respublikasına (İİR) səfəri başlayır. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı GİN-lə İİR-in Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandumun imzalanması və iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.
Səfər zamanı A. Rəhimov İİR Gənclər Təşkilatının sədri Məhəmməd Cavad Hacı Əli Əkbəri, Bədən Tərbiyəsi Təşkilatının sədri Əli Abadi, İsfahanın Gənclər Təşkilatının sədri ilə görüşəcək. A. Rəhimovun İİR prezidenti Mahmud Əhmədinejad və İslam Şurası Məclisinin sədri Əli Laricani tərəfindən qəbulu da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR