Bank Of Baku

Bakıda “Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda “Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçiriləcək
# 20 aprel 2009 14:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 24-də Dünya Bankı ilə birlikdə “Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirəcək. Nazirliyinin şöbə müdiri Natiq Qasımov APA-ya bildirib ki, konfransda 2006-cı ilin iyulunda ölkə ərazisində tətbiq edilən ünvanlı sosial yardımın icra mexanizminin qiymətləndirilməsi və onun yoxsulluğa təsirinin öyrənilməsi məqsədilə Dünya Bankının “Pensiya və sosial təminat” layihəsi çərçivəsində 6600 ev təsərrüfatında keçirdiyi monitorinqin yekunları təqdim ediləcək. Əldə olunmuş təcrübəyə əsasən ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi, ölkədə sosial təminat sahəsində aparılan siyasətin mövcud vəziyyəti və bu sahədə hüquqi bazanın beynəlxalq səviyyəyə çatdırılması üçün perspektiv planlar da müzakirə olunacaq. Konfransda müvafiq nazirlik və dövlət komitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, beynəlxalq və yerli ekspertlərin iştirakı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR