Naxçıvana yeni sərnişin avtobusları gətirilib
20 aprel 2009 16:42 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan şəhərinə 11 ədəd yeni sərnişin avtobusu gətirilib. Naxçıvan MR Nəqliyyat Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, 10 ədəd «King Long» markalı Çin istehsalı olan avtobuslardan şəhərdaxili marşrutlarda istifadə olunacaq. Yeni avtobusların hər birinin oturacaq sayı 25 yer, ümumi tutumu 48 nəfərlikdir. Şəhər tipli nəqliyyat vasitələri alınarkən ekoloji standartlara uyğun olması nəzərə alınıb. Digər 1 ədəd avtobus isə 30 yerlik olmaqla, ümumi tutumu 58 nəfərdir. Avtobusların alınmasına 395 min 240 manat vəsait sərf olunub.
Qeyd edək ki, Naxçıvan şəhərində sərnişindaşımada 6 marşrut üzrə 110-dan artıq avtobus və mikroavtobus xidmət göstərir. Son illərdə Naxçıvana müxtəlif markalı 40 yeni avtobus gətirilib. Bunlardan 23-ü «King Long» markalı olmaqla Çin istehsalıdır.

Sosial
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
14:36
2 may 2024