Bank Of Baku

Müəllif Hüquqları Agentliyində 7000-ə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib

Müəllif Hüquqları Agentliyində 7000-ə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib
# 22 aprel 2009 13:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. 1996-cı ildən bu il aprelin 20-dək Müəllif Hüquqları Agentliyində 7000-ə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçirilmiş əsərlərin 625-i elmi əsər, 165-i kompüter proqramıdır. APA-nın məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, agentlik nümayəndələri 2003-2008-ci illərdə müəlliflərin və hüquq sahiblərinin iddiası əsasında üçüncü şəxs qismində 168 məhkəmə iclasında iştirak edib, MHA tərəfindən 60-dan çox ekspert rəyi verilib. MHA sədrinin sözlərinə görə, öz əsərlərini qorumaq istəyən müəlliflər mütləq onu agentlikdə qeydiyyatdan keçirməlidirlər: “Bu insanların hüquqları pozulanda artıq onların hüquqları özləri tərəfindən deyil, agentlik tərəfindən qorunur. MDB ölkələrində bu sistem ilk dəfə Azərbaycanda yaradılır. Qeydiyyatdan keçirilən əsərlərin növləri də çoxalıb. Əvvəllər daha çox musiqi əsərləri qeydiyyatdan keçirilirdi, indi isə elmi və ədəbiyyat əsərlərinin müəllifləri daha çox müraciət edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR