Bank Of Baku

Böyük Britaniyanın Azərbaycandakı konsulluğu «Şərəf laboratoriyası-2009» müsabiqəsi keçirir

Böyük Britaniyanın Azərbaycandakı konsulluğu «Şərəf laboratoriyası-2009» müsabiqəsi keçirir
# 22 aprel 2009 13:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Böyük Britaniyanın Azərbaycandakı konsulluğu gənc alimlərin interaktiv texnologiyalar cəmiyyəti ilə əlaqələrinin möhkəmlənməsi, həmçinin elmə yeni gənc istedadların cəlb edilməsi məqsədi ilə «Şərəf laboratoriyası-2009» adlı müsabiqə elan edib.
Azərbaycan Milli Elmlər Akademiyasından «APA-Economics»ə verilən məlumata görə, müsabiqə «Azercell Telecom» şirkətinin sponsorluğu ilə «Beautiful Science» layihəsi çərçivəsində keçirilir.
Qeyd edək ki, bu layihə Azərbaycanla yanaşı Türkiyə, Avstriya, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İsrail, Rumıniya, Serbiya və Böyük Britaniyada keçirilir.
Müsabiqə üç mərhələdə keçiriləcək və final mərhələnin nəticələri mayın 1-2-də Qafqaz Universitetində açıqlanacaq.
Müsabiqənin qalibi Böyük Britaniyada keçiriləcək elmi festivala dəvət alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR