Bank Of Baku

Avropa Gənclər Fondunun prezidenti Azərbaycandakı gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb

Avropa Gənclər Fondunun prezidenti Azərbaycandakı gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb
# 22 aprel 2009 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Avropa Gənclər Fondunun prezidenti Jan Klod Lazaro gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirib. APA-nın xəbərinə görə, qonaq Azərbaycan Gənclər və İdman Nazirliyində keçirilən görüşdə fondla bağlı iştirakçılara məlumat verib. O, fondun hər il Avropa Şurasına üzv olan dövlətlərdə fəaliyyət göstərən gənclər təşkilatlarına ümumilikdə 3 milyon avro məbləğində qrant ayırdığını bildirib: “Hər il bizə təxminən 700 layihə təqdim olunur ki, onların da 300-nü maliyyələşdiririk”. J. K. Lazaro fonddan vəsait almaq qaydalarını da açıqlayıb. Dörd kateqoriya üzrə maliyyə yardımı ayrıldığını vurğulayan prezident gənclərin beynəlxalq görüşlərinin təşkili, internet səhifələrinin hazırlanması, nəşrlərin çapı, beynəlxalq gənclər təşkilatları və pilot layihələr çərçivəsində qrantlar ayrıldığını söyləyib. O, təşkilat rəhbərlərinin suallarını da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR