Bank Of Baku

Qəbələ Müalicə Diaqnostika Mərkəzində aorta koronar şuntlama əməliyyatları keçirilib

Qəbələ Müalicə Diaqnostika Mərkəzində aorta koronar şuntlama əməliyyatları keçirilib
# 22 aprel 2009 15:38 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Qəbələ Müalicə Diaqnostika Mərkəzində ilk dəfə olaraq ürəkdə aorta-koronar şuntlama əməliyyatları həyata keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, professor Rəşad Mahmudovun rəhbərliyi ilə Qəbələdə artıq 3 belə əməliyyat olub. Əməliyyatlar uğurla başa çatıb. İsmayıllı şəhər 1 saylı orta məktəbin direktoru, əməkdar müəllim Şəfaqət Rəsulov və Füzuli rayonunun Qarakollu kənd sakini, müvəqqəti olaraq Qəbələdə məskunlaşan Tərxan Bayramov ağır ürək əməliyyatından sonra hazırda özlərini yaxşı hiss edirlər.
Qeyd edək ki, Qəbələ Müalicə Diaqnostika Mərkəzi 2008-ci ilin dekabrın 2-də fəaliyyətə başlayıb. Burada aprelin 1-dən etibarən əməliyyat bloku fəaliyyət göstərir. Ötən bir həftə ərzində mərkəzin cərrahları 9 müxtəlif əməliyyat həyata keçiriblər. Səhiyyə ocağında stasionar, hemodializ, poliklinika, laboratoriya, şüa diaqnostikası şöbələri fəaliyyət göstərir. Hazırda tibb mərkəzində 52 nəfər xroniki böyrək çatışmazlığı olan şəxs müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR