Bank Of Baku

Göyçayda 900-ə yaxın uşaq yoluxucu xəstəliklərə qarşı vaksinasiya olunacaq

Göyçayda 900-ə yaxın uşaq yoluxucu xəstəliklərə qarşı vaksinasiya olunacaq
# 22 aprel 2009 16:02 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə Göyçay rayonunda immunlaşdırma həftəsi keçirilir. Rayonun Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə Səhiyyə Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının və Rastropoviç-Vişnevskaya Fondunun dəstəyi ilə keçirilən həftəyə hazırlıq məqsədilə Göyçaya profilaktiki peyvənd materialları gətirilib. Peyvəndin təşkili və aparılması, "həftə" ərzində gündəlik nəzarət və köməklik məqsədilə kənd yaşayış məntəqələrində 6 zona üzrə “epid briqadalar” təşkil edilib.
Hazırda yoluxucu xəstəliklərin profilaktikası məqsədilə 1-6 yaşlı uşaqlar arasında immunlaşdırma tədbirləri aparılır. Aprelin 26-dək davam edəcək bu kampaniya çərçivəsində ümumilikdə 900-ə yaxın azyaşlı uşağın tetanus, poliomelit, difteriya, göy öskürək, qızılca, məxmərək, vərəm və digər yoluxucu xəstəliklərə qarşı vaksin olunması nəzərdə tutulub.
İmmunlaşdırma tədbirinin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə tibb işçiləri üçün seminar təşkil olunub və əhali arasında maarifləndirmə işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR