Bank Of Baku

Marneulidə "Vətəndaşların Maarifləndirilməsi Mərkəzi" açılıb

Marneulidə "Vətəndaşların Maarifləndirilməsi Mərkəzi" açılıb
# 23 aprel 2009 07:46 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneuli şəhərində "Vətəndaşların Maarifləndirilməsi Mərkəzi" açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərkəzin açılışında Gürcüstan Elm və Təhsil Nazirliyinin təmsilзiləri, Gürcüstan Ombudsmanının nümayəndəsi, Kvemo-Kartli bölgəsi üzrə Ombudsmanın xalq müdafiəзisi, etnik azlıqlar üzrə qeyri-hökumət təşkilatının başçısı, layihənin rəhbəri Şalva Tabatadze, Marneuli rayon Resurs Mərkəzinin rəhbəri Kamandar İsmayılov, məktəb direktorları, müəllimlər və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Açılışdan sonra "Kvemo-Kartli bölgəsində maarif və onun problemləri" mövzusunda görüş keçirilib. Görüşdə orta məktəblərdə I-V siniflər ьзьn gьrcь dərsliklərinin çatışmaması, bu dərsliklərdə Azərbaycan tarixinin təhrif olunması və s. məsələlər müzakirə edilib.
Görüşdə qeyd olunub ki, qeyd olunan məsələlərin həlli ilə yenicə istifadəyə verilmiş mərkəz məşğul olacaq.
"Vətəndaşların Maarifləndirilməsi Mərkəzi" layihəsinin rəhbəri Şalva Tabatadze APA-ya açıqlamasında qeyd edib ki, layihə Marneuli və Telavi rayonları üçün nəzərdə tutulub: “Mərkəz altı dövlət strukturlarının rəhbəri ilə görüş keçirməyi nəzərdə tutub. Sosial müdafiə və Səhiyyə, Kənd təsərrüfatı, Mədəniyyət və İdman, İqtisadi İnkişaf , Ədliyyə nazirlikləri ilə görüşlərdə insan hüquqlarının pozulması hallarına aid və sairə həlli vacib olan suallara cavablar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR