Bank Of Baku

Azərbaycanda dövlət qulluğu vəzifələrinin siyahısına əlavələr edilib

Azərbaycanda dövlət qulluğu vəzifələrinin siyahısına əlavələr edilib
# 23 aprel 2009 08:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Əmək pensiyaları haqqında» qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»na əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarı ilə siyahıya İqtisadiyyat Nazirliyinin mərkəzi aparatında, xalq təsərrüfatı üçün təxsislə işçi qüvvəsi saxlayan respublika komissiyasının işçi qrupunun rəhbəri, baş mütəxəssis, aparıcı mütəxəssis və kargüzar-makinaçı, mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və aparıcı mütəxəssis vəzifələri əlavə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR