Bank Of Baku

Gədəbəydə Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü münasibətilə yaşıllaşdırma aksiyası keçirilib

Gədəbəydə Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü münasibətilə yaşıllaşdırma aksiyası keçirilib
# 23 aprel 2009 11:58 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA Bu gün Gədəbəy rayonunda Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü münasibətilə yaşıllaşdırma aksiyası keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, aksiyaya Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının 1500-dən artıq fəalı qoşulub. Onlar rayonun Rüstəm Əliyev, Plankənd, Çaldaş, Çalburun, Arabaçı, Şahdağ və Çobankənd kəndlərində 10 mindən çox yeni ağac əkiblər. İməclikdə rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Aksiya may ayına kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR