Bank Of Baku

Gəncədə ağac əkmə aksiyası keçirilir

Gəncədə ağac əkmə aksiyası keçirilir
# 23 aprel 2009 12:25 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA Gəncə şəhərindəki 3 saylı liseyin kollektivi kütləvi ağac əkilməsi təşəbbüsü ilə çıxış edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, rayon rəhbərliyi bu təşəbbüsü alqışlayaraq, aksiyada iştirak etmək istəyən hər bir kollektivin lazımi qədər tinglə təmin olunmasını öz üzərinə götürüb.
Aksiyanın açılışını 3 saylı liseyin kollektivi edib. Onlar bu gün liseyin yaxınlığında – Gəncənin Şəmkir istiqamətindəki çıxışında 3 min ədəd ting əkiblər.
Liseyin direktoru Alı Əliyev APA-nın qərb bürosunun açıqlamasında əkilən ağaclara vaxtlı-vaxtında qulluq edilməsi üçün lazım olan bütün tədbirlərin kollektiv tərəfindən həyata keçiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR