Bank Of Baku

Baş həkim: ““Uzun ömür” Sağlamlıq Mərkəzində ümumiyyətlə laboratoriya yoxdur” - FOTO

Baş həkim: ““Uzun ömür” Sağlamlıq Mərkəzində ümumiyyətlə laboratoriya yoxdur” - <font color=red>FOTO</font>
# 23 aprel 2009 13:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Bəzi kütləvi informasiya vasitələrində “Uzun ömür” Sağlamlıq Mərkəzində hepatit B və C virusunun laborator instrumental müayinəsinin aparılması və kimdəsə aşkarlanması, bununla bağlı müalicə metodikasının tətbiqi barədə yanlış informasiyalar verilib. Çünki “Uzun ömür” tibb deyil, yalnız sağlamlıq mərkəzidir. Burada sağlamlıqla bağlı məsələlərə yer verilib, yəni, fitnes, üzgüçülük hovuzu təşkil olunur, fizioterapevtik proseduralar aparılır”. Bu sözləri APA-ya “Uzun ömür” Sağlamlıq Mərkəzinin baş həkimi Vidadi Əliyev deyib. Baş həkimin sözlərinə görə, mərkəzdə tətbiq edilən fizioterapevtik üsullar əsasən onurğa sütunu xəstəliklərinin müalicəsi üçün tətbiq edilir: “Amma bəzi KİV-lər nədənsə belə bir fikir formalaşdırır ki, “Uzun ömür”də laboratoriya var və biz burada diaqnoz qoyuruq. Bizim mərkəzdə nəinki laboratoriya, hətta laborator instrumental diaqnostikaya aid olan heç nə yoxdur. Ona görə ki, bura tibb mərkəzi deyil”.

Belə fikirlərin nəyə istinadən yayıldığını bilmədiyini söyləyən V. Əliyev deyib ki, indiyə qədər ona həmin məlumatları təsdiqləyən nə sənəd təqdim olunub, nə kimsə müraciət edib.

Baş həkimin sözlərinə görə, belə məlumatlar yayan KİV-lər təkzib verməzsə, onları məhkəmə vermək məcburiyyətində qalacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR