Bank Of Baku

Avropa Gənclər Fondunun prezidenti Azərbaycanın gənclər təşkilatlarına ciddi miqdarda qrant verdiklərini açıqlayıb

Avropa Gənclər Fondunun prezidenti Azərbaycanın gənclər təşkilatlarına ciddi miqdarda qrant verdiklərini açıqlayıb
# 23 aprel 2009 15:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanın gənclər təşkilatları Avropa Gənclər Fondunda Almaniya, Fransa, Serbiya kimi dövlətlərin gənclik qurumlarından 17 dəfə çox layihə qazanırlar”. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Gənclər Fondunun direktoru Jan-Klod Lazaro keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın gənclər təşkilatları yerli səviyyədə aktiv fəaliyyət göstərirlər: “Beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmaq üçünsə, etibarlı tərəfdaşlar tapılmalıdır”. Avropa Gənclər Fondunun Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünə çevrilmiş gənclərlə bağlı layihələri dəstəkləməsinə gəlincə, qonaq siyasi məsələlər üzrə layihələri Avropa Şurasının prinsipləri əsasında həyata keçirdiklərini söyləyib: “Biz münaqişələrin sülh yolu ilə tənzimlənməsinə yönələn layihələri dəstəkləyə bilərik. Sadəcə, bu təşəbbüslər gənclər təşkilatlarının özləri tərəfindən təklif olunmalıdır”.

Qeyd edək ki, Avropa Şurasının strukturu olan Avropa Gənclər Fondu Avropa məkanında gənclər təşkilatlarının layihələrini maliyyələşdirən strukturdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR