Bank Of Baku

Mayın sonundan Azərbaycanın rayonlarında əmək yarmarkalarının keçirilməsinə başlanacaq

Mayın sonundan Azərbaycanın rayonlarında əmək yarmarkalarının keçirilməsinə başlanacaq
# 23 aprel 2009 15:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi mayın 20-dən sonra tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbirlərin keçirilməsinə başlayacaq. İdarənin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, tədbirin keçirilməsində məqsəd tələbə və məzunları işlə təmin etmək, onları ixtisasları üzrə işlə, eyni zamanda işəgötürənlərin gələcək kadrlarla tanış etməkdir. İlk belə yarmarka Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.

Ş. Xələfov bildirib ki, mayın sonundan isə respublikanın rayonlarında əmək yarmarkalarının keçirilməsinə başlanacaq. Yarmarkalar oktyabr-noyabr aylarında yekunlaşacaq. Sonuncu yarmarkalar Gəncə, Sumqayıt və Bakıda təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR