Bank Of Baku

“Əqli mülkiyyət hüquqlarının insan hüquqları sistemində yeri” mövzusunda seminar keçirilib

“Əqli mülkiyyət hüquqlarının insan hüquqları sistemində yeri” mövzusunda seminar keçirilib
# 24 aprel 2009 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Müəllif Hüquqları Agentliyi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının insan hüquqları sistemində yeri” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, seminarın keçirilməsində məqsəd əqli mülkiyyət hüquqları ilə bağlı maarifləndirmə işlərini gücləndirməkdir. Azərbaycanın əqli mülkiyyət sisteminin MDB məkanında ən zəngin qanunvericilik bazasına malik olduğunu deyən K. İmanov bildirib ki, insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyalarda əqli mülkiyyət hüququ insan hüquqlarının tərkib hissəsi kimi göstərilib: “Bu konvensiyalarda qeyd olunur ki, hər bir kəsin müəlliflik hüququ qorunmalıdır. Ancaq həmin sənədlərdə o da qeyd olunur ki, cəmiyyətin hər bir üzvünün elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində əqli nəticələrlə bəhrələnmək hüququ var. Əgər şəxsin müəlliflik hüququ pozulursa, onun insan haqları pozulur”. Agentlik sədri deyib ki, müəlliflik hüququnun qorunması ilə bağlı əsas problemlərdən biri əqli mülkiyyət mədəniyyətinin yeni mərhələyə gətirilməsindən ibarətdir. Bu, həm piratçılıqla mübarizəni, həm güclü maarifləndirmə işlərinin aparılmasını tələb edir: “Əsas vəzifələrdən biri isə Azərbaycan etnosuna aid olan əqli mülkiyyət nümunələrini qorumaqdan ibarətdir. Beynəlxalq alətlər olmadığına görə, bu hüquqlar ermənilər tərəfindən pozulur. Bununla bağlı işlərimizi gücləndirməliyik və beynəlxalq konvensiyanın qəbul olunmasına nail olmalıyıq. YUNESCO-nun folklor nümunələrinin qorunması ilə bağlı konvensiyası 10 ildən artıqdır ki, layihə şəklində müzakirə olunur. Biz istərdik ki, bu layihə tezliklə qəbul olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR