Bank Of Baku

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov: «Yaşıllaşdırma layihəsi üzrə işlərə payızda başlanılacaq»

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov: «Yaşıllaşdırma layihəsi üzrə işlərə payızda başlanılacaq»
# 24 aprel 2009 11:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan prezidentinin tapşırığına əsasən Bakı şəhəri və Abşeron yarımadasında 3 milyon ağac əkilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
H.Bağırovun sözlərinə görə, 3 735 ha ərazidə ağac əkilməsi planlaşdırılır. Ağaclar əkilən zaman ərazilərdə torpağın keyfiyyəti də nəzərə alınacaq.
«Bu ağaclar sırasında Eldar şamı, aksiyalar, Lənkəran akasiyası, tut, sərv və s. olacaq. Hazırda yaşıllaşdırma layihəsi hazırlanır və işlərə payızda başlanılacağı güman olunur», - deyə nazir vurğulayıb.
Ağacların becərilməsində müxtəlif gübrələrdən də istifadə olunacaq. Nazir bununla bağlı Bakı şəhərinin bütün rayonlarının İcra Hakimiyyətlərinə tapşırıqların verildiyini, hər bir rayonda müvafiq qərargahların yaradıldığını qeyd edib.
Şəhərlərdəki yaşıllıq sahələrinin kəsilməsi ilə mübarizə işlərinin eyni zamanda həmin ərazilərin rəhbərliyinin də işi olduğunu deyən nazir Ətraf Mühitin Mühafizə Fonduna bu dövrdə 1 mln. manat vəsait toplandığını vurğulayıb.
Nazir ötən il ətraf mühitə ziyan vuran 2 obyektin bağlanıldığını, 84 işin hüquq-mühafizə orqanlarına, 436 işin isə məhkəmələrə göndərildiyini vurğulayıb. Ümumilikdə, ötən il 865 hadisə ilə bağlı tətbiq olunmuş cərimələrin məbləği 1,9 mln. manat təşkil edib.
H.Bağırov Zığ-Hava limanı beton yolunun ətrafında 196 ha ərazidə ötən il 230 min ağac və kolun əkildiyini, bunun yarısının zeytun ağacları təşkil etdiyini bildirib.
Nazir bəzi ərazilərdə əkilmiş ağacların quruduğunu da istisna etməyib. Öz növbəsində bunu müəyyən qulluq işlərinin vaxtında aparılmaması ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR