Bank Of Baku

Sabah vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanı keçiriləcək

Sabah vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanı keçiriləcək
# 24 aprel 2009 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 11-də başlayacaq imtahan 3 saat davam edəcək. 29 dövlət orqanındakı 663 vakant dövlət vəzifəsi uğrunda 2862 namizəd mübarizə aparacaq. Namizədlərin 652-si qadın (23 faiz), 2210-u (77 faiz) kişidir. Namizədlərə 100 sual təqdim olunacaq. 80 suala düzgün cavab verən namizədlər müsabiqənin ikinci – müsahibə mərhələsinə keçəcəklər. İmtahanın nəticələri imtahandan bir neçə saat sonra məlum olacaq. Komissiya namizədlərin imtahanın nəticələri ilə daha asan tanış olması üçün yeniliklər də edib. İmtahanın nəticələri ilə bağlı hər namizədin mobil telefonuna SMS göndəriləcək. Daha dolğun məlumat isə namizədlərin elektron ünvanında və komissiyanın saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR