Bank Of Baku

Azərbaycan əhalisinin 3%-i artıq çəkidən əziyyət çəkir

Azərbaycan əhalisinin 3%-i artıq çəkidən əziyyət çəkir
# 24 aprel 2009 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Azərbaycan əhalisinin 76,2%-i öz sağlamlığından razıdır. APA-nın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.
DSK sədrinin sözlərinə görə, əhalinin 20,8%-i sağlamlığını qənaətbəxş, 3%-i isə pis qiymətləndirir: «Ölkədə yaşayan kişilərin 97,2%-i sağlamlığını yaxşı, 2,8%-i isə pis qiymətləndirir. Qadınlara gəldikdə isə, onların 96%-i sağlamlığından razı, 4%-i isə narazıdır».
A.Vəliyev onu da qeyd edib ki, Azərbaycanda yaşayan qadınların 66,5%-i dünyaya uşaq gətirir və qadınların ilk doğuşunun orta yaşı 22,7-yə bərabərdir.
DSK sədri ölkədə idmanla məşğul olan əhalinin sayından da danışıb. Belə ki, hazırda Azərbaycanda kişilərin 16%-i, qadınların isə 8,5%-i idmanla məşğul olur.
«Bununla yanaşı, ölkədə siqaret çəkənlərin sayı əhalinin 22%-ni təşkil edir. Kişilərin 35%-i, qadınların isə 0,2%-i bu pis vərdişə aludədir», - deyə A.Vəliyev bildirib.
A.Vəliyev onu da qeyd edib ki, Azərbaycan əhalisinin orta boyu 166,9 sm təşkil edir və 2,9%-nin boyuna görə artıq çəkisi var: «Kişilərin orta boyu 167 sm, qadınların orta boyu isə 163,8 sm-dir. Kişilər 1,2%-i, qadınların isə 1,7%-i boyuna görə artıq çəkiyə malikdir».
Qeyd edək ki, bu ilin aprel ayının 1-nə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR