Azərbaycan paytaxtında «Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf» mövzusunda beynəlxalq konfrans keçirilib
APA-nın məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, 2006-cı ildən Azərbaycanda tətbiq olunan ünvanlı sosial yardım mexanizmi öz ünvanlılığına görə MDB-də ilk yerlərdən birini tutur. Nazirin sözlərinə görə, bu mexanizm ölkədə yoxsulluq səviyyəsinin azalmasına da təsir göstərib. Əgər əvvəllər sosial müavinət alanların 67%-i yoxsul ailələr idisə, hazırda bu göstərici 48%-ə enib.
DB-nın Cənubi Qafqaz üzrə insan resurslarının inkişafı sektorunun mütəxəssisi Aleksandra Posarak isə deyib ki, onun təmsil etdiyi qurumun dəstəyi ilə aparılan monitorinq zamanı Azərbaycanda ünvanlı sosial yardımın tətbiqi ilə bağlı gözəl nəticələr əldə olunub. Azərbaycanda əhalinin çox yoxsul təbəqəsinin bu yardımdan bəhrələnməsi təmin edilib: «Azərbaycan bu sahədə 70%-lik səmərəliliyə nail olub və bu dərəcəni saxlamaq vacibdir. Çox yoxsul təbəqələrə nağd şəkildə pul yardımının göstərilməsi yaxşı amildir. Amma ailə üzvlərinin əməyə cəlb edilməsi, uşaqlar üçün yaxşı imkanların yaradılması da vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gördüyü tədbirlər yaxşıdır. Biz çalışmalıyıq ki, yoxsul təbəqələrə daha çox yardım göstərək».
DB-nın Avropa və Mərkəzi Asiya regionu üzrə insan resursların inkişafı sektorunun mütəxəssisi Lire Ersado da ünvanlı sosial yardım mexanizminin yoxsulları əhatə etməsini vacib sayıb. Onun sözlərinə görə, bu proqram heç zaman yoxsulluq səviyyəsini aşağı salmaq məqsədi daşımır. Sadəcə, yoxsul təbəqənin ehtiyacını ödəməli, varlı ilə kasıb arasında fərq aradan qaldırılmalıdır.
DB-nın keçirdiyi monitorinq barədə məlumat verən L.Ersado deyib ki, bu qurum ƏƏSMN ilə birgə 2008-ci ilin əvvəlindən Azərbaycanda ünvanlı sosial yardım mexanizmini qiymətləndirməyə başlayıb. Bu tədbir Azərbaycanda 5 500 ev təsərrüfatını və 10 min benefisiarı əhatə edib. Monitorinqin əsas məqsədi ünvanlı sosial yardım proqramından bəhrələnən ailələri müəyyənləşdirmək olub.
DB rəsminin sözlərinə görə, Azərbaycanda yoxsul təbəqənin 10%-i sosial yardım alır. Layihənin həddindən artıq yaxşı icra edildiyini deyən L.Ersado bəzi tövsiyələri də nəzərə çatdırıb. O hesab edir ki, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi üçün müraciət prosedurasına, sənədlərin siyahısına və ehtiyac meyarına yenidən baxılmalıdır.
ƏƏSMN-in yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov isə deyib ki, son üç ildə Azərbaycanda «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna və mövcud qaydalara müvafiq əlavə və dəyişikliklər edilib, bütün ölkə ərazisini əhatə edən xüsusiləşdirilmiş korporativ lokal şəbəkə yaradılıb. Hazırda bu şəbəkə vasitəsilə nazirlikdə 450 minə yaxın təyinat haqqında geniş məlumat bankı yaradılıb. Son üç il ərzində sosial yardım alan ailələrin sayı 3,6 dəfə, bir ailəyə ödənilən orta aylıq məbləğ 2,3 dəfə, yardım alan ailələrin 1 yaşadək uşaqlarına ödənilən müavinətin məbləği 2 dəfə, ehtiyac meyarının həddi 2 dəfə artıb.
Sosial
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Xəbər Lenti
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
İsrail və Livan cümə günü çərçivə sazişi imzalayacaq
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO - YENİLƏNİB-4
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib