Bank Of Baku

Azərbaycanda yeni zoopark yaradılır

Azərbaycanda yeni zoopark yaradılır
# 24 aprel 2009 12:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin Qobu qəsəbəsinin yaxınlığında zooloji parkın yaradılması üçün 230 hektar sahə ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
«Belə bir zoopark regionda ilk dəfə Azərbaycanda yaradılacaq. Bura həm zooloji park, həm də heyvanxana kimi fəaliyyət göstərəcək», - deyə nazir bildirib.
H.Bağırovun sözlərinə görə, mövcud heyvanxanadan fərqli olaraq, burada heyvanlar yarımsəhra şəraitində yaşayacaqlar. Zooloji parkda Avrasiya təbiətində yaşayan heyvanlarla yanaşı Afrika və digər qitələrdən gətirilmiş canlılar da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR