Bank Of Baku

Azərbaycanda iqtisadi böhranın əmək bazarına təsiri ilə bağlı monitorinq aparılacaq

Azərbaycanda iqtisadi böhranın əmək bazarına təsiri ilə bağlı monitorinq aparılacaq
# 24 aprel 2009 12:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan maliyyə böhranı ilə mübarizə aparmaq üçün kifayət qədər resurslara malikdir. APA-nın məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib: «Böhran bir çox ölkədə müşahidə olunur, Azərbaycan da bu ölkələrlə sıx təmasdadır. Desək ki, Azərbaycana böhran təsir etmir, bu, inandırıcı olmaz. Lakin məsələ Azərbaycanın böhrana necə hazırlıq görməsindədir. Bütün beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycan dünyada böhrana qarşı ən hazırlıqlı olan ölkələrdən biridir. Azərbaycanın böhranı qarşılamaq üçün kifayət qədər resursu var. Bu baxımdan ötən illə müqayisədə Azərbaycanda işsizlik 0,4 faiz bəndi azalaraq 6,1%-ə enib».
Nazirin sözlərinə görə, ötən illə müqayisədə bu il əmək bazarında ciddi fərqlər müşahidə edilmir: «Bakıda 3-4 yer var ki, muzdlu işçilər ora yığışır və öz işlərini görürlər. Hətta oradakı vəziyyətdə də dəyişiklik yoxdur. Amma biz bununla kifayətlənmirik».
F.Ələkbərov qeyd edib ki, iqtisadi böhranın əhali qrupuna təsirini müəyyənləşdirmək üçün müayinə aparılması məqsədilə Nazirlik hökumətə müraciət edib. Kənd təsərrüfatı, qeyri-formal və s. sahələrdə çalışanlar arasında aparılması planlaşdırılan müayinənin 18 500 ev təsərrüfatını əhatə edəcəyi gözhlənilir. Proses yekunlaşdıqdan sonra böhranın əhali qrupuna təsiri dəqiqləşəcək: «Amma bu gün hamımız müşahidə və etiraf edirik ki, əmək haqqı da artıb, hətta müəyyən peşələr üzrə iş qıtlığı var. Bu sahədə biz iş aparırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR