Bank Of Baku

Azərbaycanda 173206 ailə ünvanlı sosial yardım alır

Azərbaycanda 173206 ailə ünvanlı sosial yardım alır
# 24 aprel 2009 13:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Hazırda Azərbaycanda 791029 nəfəri əhatə edən 173206 ailə ünvanlı sosial yardım alır. APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov deyib ki, bu, respublika üzrə ev təsərrüfatlarının 9,3 faizini təşkil edib. Hazırda hər bir ailəyə orta hesabla ayda 99,37 manat, hər bir ailə üzvünə 21,76 manat vəsait ödənilib. Eyni zamanda, 1 yaşadək olan 12840 nəfər ailə üzvünün hər birinə əlavə olaraq, 20 manat müavinət verilib. N. Qasımovun sözlərinə görə, yardım alan ailələrin 91,3 faizi vəsaiti plastik kartla bankomatlar vasitəsilə alır. Yardım alan ailələrdən 70969, yaxud 41 faizi üç və daha çox uşağı olan, 23310 və ya 13,5 faizi əlil üzvü olan ailələrdir. Ailə üzvlərinin 47,9 faizini uşaqlar təşkil edir. Yardım alanların 90 faizində uşaq var. N. Qasımov qeyd edib ki, yardım verilən ailələrin 77,6 faizi dövlətdən ilk dəfə yardım alır. Hazırda yardım alan ailələrin 17 faizinə dördüncü, 21 faizinə isə üçüncü dəfə yardım ödənilir. Nazirlik səlahiyyətlisinin sözlərinə görə, respublikada ailələrin yoxsulluq həddində yaşamalarının əsas səbəblərindən biri ailələrdə uşaqların və əlillərin sayının çox olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR