Bank Of Baku

Nazir Hüseyn Bağırov: «Bakı-Rusiya sərhədi avtomagistralı boyunca çıxarılan ağacların sonrakı taleyi naməlum qalıb»

Nazir Hüseyn Bağırov: «Bakı-Rusiya sərhədi avtomagistralı boyunca çıxarılan ağacların sonrakı taleyi naməlum qalıb»
# 24 aprel 2009 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Rusiya dövlət sərhədi avtomobil magistralının üzərində, «Neapol» oteli dairəsi yaxınlığında yol ötürücünün tikintisi zamanı ərazidən çıxarılan ağacların sonrakı taleyi naməlum qalıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
«Orada yol ötürücüsü tikilərkən, ağacların çıxarılıb başqa ərazidə əkiləcəyi bildirilirdi. İndi isə onların taleyi qeyri-müəyyən qalır», - deyə H.Bağırov vurğulayıb.
Nazir məsələnin araşdırılması barədə tapşırıq verdiyini vurğulayıb. Tikintinin sifarişçisi və icraçısı olan təşkilatlardan həmin ağacların taleyi barədə məlumatlar tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR