Bank Of Baku

Azərbaycanda sosial təminat sahəsi üzrə yeni qanunlar hazırlanacaq

Azərbaycanda sosial təminat sahəsi üzrə yeni qanunlar hazırlanacaq
# 24 aprel 2009 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) növbəti 4 il ərzində sosial təminat sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə bir sıra yeni qanunlar hazırlayacaq. APA-nın məlumatına görə, nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov deyib ki, 2010-2013-cü illər üçün “Aztəminatlı ailələrin sosial reabilitasiyası Dövlət Proqramı”, “Sosial xidmət haqqında” və “Təqaüdlər haqqında” qanun layihələri hazırlanacaq. Şöbə müdirinin sözlərinə görə, hazırda yalnız evdə ahıllara sosial xidmət göstərilir, geniş çeşidli sosial xidmət isə yoxdur. Bu baxımdan “Sosial xidmət haqqında” qanunun hazırlanmasına ehtiyac var. Bundan başqa, prezidentin sərəncamı ilə 7 təqaüd növü təsis olunsa da, onları tənzimləyən sənəd yoxdur. Bu isə öz növbəsində mübahisəli halların yaranmasına səbəb olur. N. Qasımov hesab edir ki, “Təqaüdlər haqqında” qanun bu boşluğu aradan qaldıracaq. ƏƏSMN Sosial Təminat Məcəlləsini də hazırlayacaq. Vətəndaşların sosial təminat sahəsində hüquqlarını tənzimləyəcək bu sənəd dünyanın hələ heç bir ölkəsində hazırlanmayıb. ƏƏSMN həm də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edəcək: “Artıq bu qanunu sosial reabilitasiya istiqamətli qanuna çevirmək istəyirik. Ona görə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR