Bank Of Baku

Azərbaycanda tələbələr üçün ARDNŞ-nin təqaüdünün verilməsi üzrə müsabiqə keçirilir

Azərbaycanda tələbələr üçün ARDNŞ-nin təqaüdünün verilməsi üzrə müsabiqə keçirilir
# 24 aprel 2009 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 25-də respublikanın ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ) təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ARDNŞ savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının seçilmiş fakültələr üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin edilib. 2006-cı ildən tələbələr təqaüdlərini onların hər biri üçün ARDNŞ tərəfindən açılmış fərdi plastik kart vasitəsilə istənilən bankdan ala bilir.
Hazırkı müsabiqədə iştirak etmək üçün 2008-2009-cu tədris ilinin birinci semestrinin nəticələrinə əsasən, müraciət etmiş tələbələrdən 594 nəfərinin namizədliyi qəbul edilib. TQDK tərəfindən keçirilən müsabiqənin birinci turunda tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Hər sual bir balla qiymətləndiriləcək. İmtahanda yüksək bal toplamış namizədlər ikinci turda ARDNŞ-nin əməkdaşlarından ibarət komissiyada müsahibədən keçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR