Bank Of Baku

Uşaqların doğulmasına görə ödənilən birdəfəlik müavinətlər yalnız kasıb ailələrə veriləcək

Uşaqların doğulmasına görə ödənilən birdəfəlik müavinətlər yalnız kasıb ailələrə veriləcək
# 24 aprel 2009 14:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) uşaq doğularkən ailəyə verilən birdəfəlik müavinətin ödənilməsində ünvanlılıq prinsipini təmin etmək üçün təkliflər hazırlayacaq. Bunu APA-ya nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov deyib. Onun sözlərinə görə, bunun üçün “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Müavinətlər haqqında” qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur.
N. Qasımov deyib ki, hazırda uşaq doğularkən ailəyə 50 manat məbləğində birdəfəlik müavinət ödənilir. Bu vəsait maddi imkandan asılı olmayaraq, bütün ailələrə verilir: “Bəzən imkanlı ailələrin bu vəsaitə ehtiyacları olmur. Düşünürük ki, belə müavinət növləri ünvanlılıq prinsipi ilə ödənilsə, onları məbləğini artırmaqla yalnız kasıb ailələrə vermək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR