Bank Of Baku

Səhiyyə Nazirliyi Balakəndə bir aptekin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi Balakəndə bir aptekin fəaliyyətini dayandırıb
# 24 aprel 2009 15:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi rayonlarda fəaliyyət göstərən əczaçılıq müəssisələrinə keçirdiyi baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” tələblərə cavab verməyən apteklər aşkarlayıb. Nazirliyin tibbi yardımın təşkili şöbəsindən APA-ya verilən məlumata görə, Balakən şəhəri, R. Səmədov küçəsində yerləşən “Nicat yolu” MMC-yə məxsus aptek köşkünə baxış zamanı aptek köşkünün orta təmirli olduğu, aptek mebelinin, əczaçılıq soyuducusunun, 6 adda dərman preparatının yararlılıq sertifikatının olmaması, aptek köşkündə satışı nəzərdə tutulmayan, həkim resepti əsasında buraxılan dərman preparatlarının satışı və s. nöqsanlar müəyyən olunub. Bununla əlaqədar Səhiyyə Nazirliyinin sərəncamı əsasında həmin aptek köşkünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb. Nəzarət tədbirləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR