Bank Of Baku

BMT-nin baş katibi: “2015-ci ilə qədər malyariya xəstəliyi nəticəsində ölümün səviyyəsi sıfıra enə bilər”

BMT-nin baş katibi: “2015-ci ilə qədər malyariya xəstəliyi nəticəsində ölümün səviyyəsi sıfıra enə bilər”
# 24 aprel 2009 15:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. BMT-nin baş katibi Pan Gi Mun 25 aprel-Ümumdünya Malyariya Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, baş katib ötən il Ümumdünya Malyariya Günündə bütün ölkələri 2010-cu ilin sonuna qədər malyariya xəstəliyi nəticəsində ölüm hallarına son qoymaq məqsədi daşıyan fəaliyyətə çağırıb: “Bu çağırışa cavab reaksiyası əhəmiyyətli dərəcədə təsirli oldu. Bu günə qədər malyariya xəstəliyindən ölüm riski ilə üzləşən 40 faizdən çox insanı ağcaqanad torları ilə təmin etmişik. Bir çox ölkələrdə malyariya xəstəliyindən ölüm üçdə iki dəfə azalıb. Bu nailiyyət malyariya epidemiyasına düçar olan ölkələrin səyləri və onları dəstəkləmək məqsədi daşıyan güclü əməkdaşlığın nəticəsidir. İnsan həyatlarını xilas etməyə yönələn bu səylər Malyariya məsələləri üzrə xüsusi nümayəndə Rey Çembers tərəfindən və Rol Bek Malyariya ilə Mübarizə Tərəfdaşlığı Proqramı çərçivəsində davam etdiriləcək”.
Bununla belə, baş katib hesab edir ki, malyariya xəstəliyinin qarşısını almaq vasitələrinin və malyariya xəstəliyindən əziyyət çəkənlər üçün müalicə tədbirlərinin təmin olunması istiqamətində hələ çox iş görmək lazımdır. Hər bir şəxsin ağcaqanad toru ilə təmin edilməsi və onların bu torlardan istifadəsi üçün səylər ikiqat artırılmalıdır. Hazırkı inkişaf səviyyəsini davam etsə, 2015-ci ilə qədər malyariya xəstəliyi nəticəsində ölümün səviyyəsi sıfıra enə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR