Bank Of Baku

Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb
# 24 aprel 2009 15:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikası (İİR) Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Memorandum gənclər və idman naziri Azad Rəhimovun aprelin 20-dən 24-dək İİR-in Milli Gənclər Təşkilatının sədri Məhəmməd Cavad Hacı Əli Əkbərinin dəvəti ilə bu ölkəyə səfəri zamanı imzalanıb. Memorandum iki ölkə arasında gənclərlə bağlı təcrübə mübadiləsini, birgə əməkdaşlıq proqramlarının hazırlanmasını, gənclərlə iş üzrə məsul şəxslər arasında görüşlərin keçirilməsini, hər iki ölkədə elmi, istirahət, əmək düşərgələrinin və gənclərin fəaliyyəti ilə bağlı digər müxtəlif tədbirlərin təşkilini, iki ölkənin gənclər təşkilatları birbaşa əməkdaşlığın təşviq edilməsini, gənclər üçün nəzərdə tutulan əyləncə xarakterli proqramlar və fəaliyyət sahələri üzrə təşkilatçılıq istiqamətində əməkdaşlığın təşviq edilməsini, gənclərə dair məsələlərlə əlaqədar beynəlxalq qurumlar tərəfindən mötəbər sayılan informasiya və təcrübə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Tərəflər gənclərlə əlaqədar qanun və qərarların, metodik mənbələrin mübadiləsini həyata keçirəcəklər. İmzalanma mərasimindən sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR