Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanları keçirilir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanları keçirilir
# 25 aprel 2009 09:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyində 83 yerə 799 namizəd, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində 98 yerə 328 namizəd, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 78 yerə 255 namizəd, Təhsil Nazirliyində 62 yerə 230 namizəd və Gənclər və İdman Nazirliyində 49 yerə 145 namizəd var. Test imtahanı başa çatdıqdan bir neçə saat sonra SMS vasitəsilə hər namizədin mobil telefonuna onun imtahanda əldə etdiyi nəticə barədə məlumat göndəriləcək. Mümkün baldan azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2009-cu il martın 6-da 29 dövlət orqanında 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Ümumilikdə 2862 namizəd qeydə alınıb ki, bunların 652-si qadın (22,78%), 2210-u isə (77,22%) kişidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR