Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı şagirdlər arasında keçirilən inşa müsabiqəsinin sonuncu mərhələsi başlayıb

Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı şagirdlər arasında keçirilən inşa müsabiqəsinin sonuncu mərhələsi başlayıb
# 25 aprel 2009 09:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli –APA. Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkil etdiyi şagirdlər arasında inşa müsabiqəsinin sonuncu mərhələsi başlayıb. APA-nın məlumatına görə, müsabiqənin son mərhələsi Zərifə Əliyeva adına orta məktəbdə keçirilib. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, artıq üçüncü ildir, şagirdlər arasında Heydər Əliyevlə bağlı inşa müsabiqəsi keçirilir.

O, inşa müsabiqəsinin ilk mərhələlərinin rayonlarda keçirildiyini, hər rayonda bir qalibin müəyyənləşdiyini və hazırda həmin qaliblərin final mərhələsinə qatıldığını bildirib. Finala ümumilikdə 89 şagird qatılıb və “Ulu öndər Heydər Əliyevi düşünək” mövzusunda inşa yazıblar.

İnşanın yazılması üçün ümumilikdə 3 saat vaxt ayrılıb. M. Mərdanov bildirib ki, inşalar yoxlanacaq və nəticələr mayın 10-na qədər açıqlanacaq. İlk üç yeri tutan şagirdlərə hədiyyələr təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR