Bank Of Baku

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə tələbələr arasında intellektual yarış keçirilib

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə tələbələr arasında intellektual yarış keçirilib
# 25 aprel 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə tələbələr arasında Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş intellektual yarış keçirilib. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetində (BDU) keçirilən yarışda Azərbaycanın ayrı-ayrı ali məktəblərini, rayonlarını təmsil edən 30 komanda iştirak edib.

YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, 3 turdan ibarət olacaq oyun zamanı hər biri 5 nəfərlik komandalara hər turda 12 sual veriləcək. Suallar H. Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı olacaq. R. Həsənov qalib komandanın pul və diplomla mükafatlandırılacağını qeyd edib.

Qaliblərin adları H. Əliyevin doğum günü ərəfəsində açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR