Bank Of Baku

Gənclər və idman naziri Azad Rəhimov İranda səfərdə olub - FOTO

Gənclər və idman naziri Azad Rəhimov İranda səfərdə olub -<font color=red> FOTO</font>
# 25 aprel 2009 11:23 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-24-də İranda səfərdə olub. Gənclər və İdman Nazirliyindən APA-ya verilən xəbərə görə, A. Rəhimov İran İslam Respublikasının vitse-prezidenti Ağasi Pərviz Davudi, İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Əkbəri Abu Turabi, İran Gənclər Təşkilatının sədri Məhəmməd Cavad Hacı Əli Əkbəri, Bədən Tərbiyəsi Təşkilatının sədri Məhəmməd Əli Abadi və İsfahan Gənclər Təşkilatının sədri Seyid Mehdi Sədri ilə görüşlər keçirib. Görüşlər zamanı tələbə gənclər arasında mübadilələrin genişləndirilməsi, sərhədyanı bölgələrdə yaşayan gənclərin görüşlərinin təşkili, gənclər və idman sahəsində yeni layihələrin həyata keçirilməsi, bölgələrin məsul idarələrinin rəhbərləri arasında əməkdaşlığın yaradılması və digər məsələlər müzakirə edilib. Aprelin 22-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR