Bank Of Baku

Azərbaycanda məşğul əhalinin sayı aprelin 1-nə 4 060,5 min nəfərə çatıb

Azərbaycanda məşğul əhalinin sayı aprelin 1-nə 4 060,5 min nəfərə çatıb
# 27 aprel 2009 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 321,8 min nəfər olub, onlardan 4 060,5 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-fevral aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 407,7 min nəfər, orta siyahı sayı isə 1,363 mln. nəfər təşkil edib. Onların 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 488,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dünyada baş verən maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin minimuma endirilməsini təmin etmək məqsədilə 2009-cu ilin yanvar ayı ilə müqayisədə fevral ayında əmək bazarı sabitləşib, əhalinin məşğulluğunun vəziyyəti yaxşılaşıb, işə qəbul edilmiş işçilərin sayı isə 2,2 min nəfər artıb. Əgər yanvar ayında işdən çıxmış işçilərin sayı işə qəbul edilmiş işçilərin sayını 6,2 min nəfər üstələmişdirsə, fevral ayında bu rəqəm 991 nəfərə bərabər olub.
Bundan başqa, 2009-cu ilin yanvar-fevral aylarında müəssisə və təşkilatlarda 4,9 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 174 nəfər olub, onların da 46,2%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 144,5 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR