Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanının nəticələri açıqlanıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
# 27 aprel 2009 08:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə aprelin 25-də keçirilən test imtahanının nəticələri açıqlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-ya verilən məlumata görə, qurumun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə 29 dövlət orqanı üzrə 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün birgə təşkil etdikləri test imtahanında qeydiyyatdan keçən 2862 namizəddən 532 nəfəri mümkün olan baldan ən azı 80 faizini toplayaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Namizədlərdən 216 nəfəri test imtahanında iştirak etməyib.
Nəticələr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytlarında yerləşdirilib.
Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı üç dövlət orqanı bunlardır:
İqtisadi İnkişaf Nazirliyi - 83 yerə qarşı qeydə alınmış 799 namizəddən 180-i test imtahanından uğurla keçib,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 78 yerə qarşı qeydə alınmış 255 namizəddən 60-ı test imtahanından uğurla keçib,
Təhsil Nazirliyi - 62 yerə qarşı qeydə alınmış 230 namizəddən 38-i test imtahanından uğurla keçib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə 1 yerə qarşı qeydə alınmış 11 namizəddən heç biri test imtahanından keçə bilməyib.
Dövlət Dəniz Administrasiyası üzrə 1 yerə qarşı ümumiyyətlə namizəd qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR