Bank Of Baku

Xaçmazda Dəmiryolçular Klubunun özəlləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib

Xaçmazda Dəmiryolçular Klubunun özəlləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib
# 27 aprel 2009 09:53 (UTC +04:00)
Xaçmaz-APA. Xaçmaz şəhərindəki Dəmiryolçular Klubunun özəlləşdirilməyə çıxarılmasına etiraz əlaməti olaraq bu gün yerli ziyalılar və klubun əməkdaşları aksiya keçiriblər. APA-nın yerli bürosunun xəbərinə görə, binanın ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyatda olduğunu deyən aksiyaçılar mədəniyyət müəssisəsinin özəlləşdirilməsinin yolverilməz olduğunu deyiblər.
Bildirilib ki, 1925-ci ildə inşa olunan, son illərdə isə ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınan Xaçmaz Dəmiryolçular Klubunun özəlləşdirilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən hazırlıq işlərinə başlanıb. Mədəniyyət Müəssisəsinin direktoru Əkrəm Əliyev APA-ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndələrinin binanın sənədlərinə baxıb və burada müəyyən ölçü işləri apardıqlarını deyib. İdarə əməkdaşları klubun direktoruna binanın özəlləşdirilməyə hazırlandığını bildiriblər.
Aksiya iştirakçıları tarixi abidənin özəlləşdirilməsinin yolverilməz olduğunu bildirərək bu barədə müvafiq dövlət qurumlarına müraciət ünvanlanacaqlarını deyiblər.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Xaçmaz rayon şöbəsindən APA-nın əməkdaşına binanın Azərbaycan Dövlət Dəmir Yolunun balansında olduğu qeyd edilib. Bildirilib ki, binada ölçü aparanlar yerli qurumun əməkdaşları olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR