Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq
# 27 aprel 2009 09:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yaxın 3 gün ərzində temperatur 2-3 dərəcə yüksələrək aprel ayı üçün münasib temperatur rejiminə çatacaq.

Bu gün Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-17, axşam 7-9 dərəcə isti olacaq. Aprelin 28-də hava əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 15-17 dərəcə isti olacaq. Aprelin 29-da hava gün ərzində əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 15-19 dərəcə isti olacaq. Aprelin 30-da hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da aprelin 28-də hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, gündüz dağlarda arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq. Aprelin 29-30-da gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, aprelin 29-da dağlarda arabir güclənəcək.

Aprelin 29-da havanın temperaturu gecə 4-9, gündüz 16-21 dərəcə isti, aprelin 30-da 24 dərəcəyədək isti, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR