Bank Of Baku

Azərbaycanda 4700-dən çox əcnəbi leqal əmək fəaliyyəti ilə məşğul olur

Azərbaycanda 4700-dən çox əcnəbi leqal əmək fəaliyyəti ilə məşğul olur
# 27 aprel 2009 11:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün 4700-dən çox əcnəbi rəsmi iş icazəsi alıb. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. Azərbaycanda əcnəbilərin hələ də qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olduğunu etiraf edən N. Məmmədov bildirib ki, Dövlət Miqrasiya Xidmətində elektron informasiya mərkəzi yaradıldıqdan sonra Azərbaycandakı miqantların sayını dəqiqləşdirmək mümkün olacaq. Nazir müavini 2008-ci ildə Azərbaycanda miqrantlara iş icazəsinin verilməsinə görə dövlət büdcəsinə 100 min manat rüsum ödənildiyini, amma dövlət rüsumunun məbləği 1000 manata yüksəldikdən sonra bu ilin 2 ayı ərzində büdcəyə ödənilən vəsaitin 500 min manata çatdırıldığını söyləyib: “Əvvəllər dövlət rüsumu 45 manat idi, indi isə 1000 manat olub. Hazırda Azərbaycanda minimum əməkhaqqı 75 manatdır. Məlumdur ki, əcnəbi vətəndaş Azərbaycanda 75 manat deyil, daha çox əməkhaqqı alır. Ona görə də 1000 manat dövlət rüsumu müəyyən edilib”.

N. Məmmədovun sözlərinə görə, Azərbaycanda əməkçi miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 700-dən artıq uşağı dünyaya gəlib. Onlara xüsusi elektron sağlamlıq kartı təqdim olunub. Hazırda Bakıda əməkçi miqrantların 505 uşağı pulsuz, 200-dən çox uşaq isə pullu orta təhsillə təmin olunub. N. Məmmədov əməkçi mirantlanların və onların ailə üzvlərinin hüquqlarının Azərbaycan vətəndaşı ilə eyni səviyyədə qorunmasının təmin edildiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR