Bank Of Baku

Nazir: “Yeni qiymətləndirmə sisteminin tətbiqindən sonra Azərbaycan təhsilində çox ciddi keyfiyyət dəyişikliyi olacaq”

Nazir: “Yeni qiymətləndirmə sisteminin tətbiqindən sonra Azərbaycan təhsilində çox ciddi keyfiyyət dəyişikliyi olacaq”
# 27 aprel 2009 11:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın təhsil sahəsində qiymətləndirmə sistemində ciddi dəyişiklik olacaq. APA-nın məlumatına görə bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Nazir bu gün Azərbaycanda həm məktəbdaxili, həm beynəlxalq, həm milli qiymətləndirmənin paralel olaraq həyata keçirildiyini bildirib: “Eyni zamanda dünya təcrübəsini öyrənirik. Bu Azərbaycanda Sovet dövrü təhsil sistemindən fərqli olaraq yeni qiymətləndirmə sistemi olacaq. Bu təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi sistemidir və geniş bir anlayışdır. İndi biz hazırlaşırıq ki, bu qiymətləndirmənin sonu olaraq bu il üçün 11-ci sinif şagirdlərinin hamısı ilk dəfə olaraq Azərbaycanda mərkəzləşmiş qaydada imtahan versinlər. Mən əminəm ki, bu işi uğurla həyata keçirə bilsək, Azərbaycan təhsilində çox ciddi keyfiyyət dəyişikliyi olacaq”.
M. Mərdanov bildirib ki, bu sistemin tətbiqindən sonra həm valideynlər, həm müəllimlər, həm də şagirdlər ümumi orta təhsilə əvvəlki dövrlə müqayisədə daha diqqətlə yanaşacaqlar: “Cəmiyyətdə artıq başa düşməyə başlayıblar ki, oxumasan, öyrənməsən sənə təhsil haqda sənəd düşmür. Yəni başqa yol axtarmaq yox, yalnız çalışmaq, oxumaq və öyrənmək lazımdır. Yeni qiymətləndirmə sistemi də buna xidmət edir. Biz bu sistemlə təkcə şagirdin deyil, müəllimin də, məktəbin də nailiyyətinə qiymət verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR