Bank Of Baku

Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində tədbir keçirilib

Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində tədbir keçirilib
# 27 aprel 2009 12:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində (İH) tədbir keçirilib. İH-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qarabağ müharibəsi veteranları və şəhid ailələri ictimai birliyinin qərargahında keçirilən görüşdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri iştirak edib. Tədbirdə 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox nümayəndənin bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşdüyü, onların içərisində isə 91 Səbail sakininin olduğu qeyd edilib. Onlardan 52 nəfər müxtəlif dərəcəli əlillik dərəcəsi alıb. Tədbirin sonunda Çernobıl əlillərinə yardımlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR