Bank Of Baku

Hadı Rəcəbli: “Şəhərsalma və Tikinti Məcəlləsində əllilərin mənafeyi də nəzərə alınacaq”

Hadı Rəcəbli: “Şəhərsalma və Tikinti Məcəlləsində əllilərin mənafeyi də nəzərə alınacaq”
# 15 dekabr 2011 10:35 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Milli Məclisin komitəsində müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsində əllilərin mənafeyi də nəzərə alınacaq”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 80 illik yubileyinə həsr olunmuş “80 il zülmətlə mübarizə” adlı tədbirdə deyib.

H. Rəcəbli bildirib ki, Milli Məclisin komitə iclasında dağınıq skleroz və sosial xidmət haqqında qanun layihələri müzakirə ediləcək: “Azərbaycanda 10 minə yaxın insan dağınıq sklerozdan əziyyət çəkir. Bu, bədən quruluşunu pozaraq insanı iflic edən bir xəstəlikdir. Bu xəstəliyin müalicəsi ilə bağlı qanunun qəbuluna ehtiyac var. “Sosial xidmət haqqında” qanuna isə iki yenilik gətiririk. Bunlardan birincisi sosial xidmət müəssisələrinin özəlləşdirilməsidir. Yəni artıq pulsuz sosial xidmət müəssisələri ilə yanaşı, pullu müəssisələr də olacaq. İkinci yenilik qeyri-hökumət təşkilatlarının bu məsələyə cəlb edilməsidir. Qanun yaradıcılığında QHT-lər aktiv olmalıdır. Biz əlillərin cəmiyyətə adaptasiya olunmasında fəal iştirak etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR