Bank Of Baku

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 15 dekabr 2011 11:02 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) 80 illik yubileyinə həsr olunmuş “80 il zülmətlə mübarizə” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə dövlət, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT), xarici ölkələrdə fəaliyyət göstərən əlil təşkilatların nümayəndələri iştirak edib.

AGƏC prezidenti Səmyar Abdullayev bildirib ki, cəmiyyət 80 il ərzində Azərbaycanın ictimai-sosial həyatında mühüm rol oynayan ictimai təşkilatlardan biri olub: “Azərbaycanda 450 min əlil vətəndaş var ki, onlardan 35 mini gözdən əlil insanlardır. AGƏC-ə öz fəaliyyətini həyata keçirməkdə Heydər Əliyev Fondu, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hər zaman dəstək olub. Bu gün AÇƏC-in əsas fəaliyyəti görmə imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün onların inkluziv təhsilə qoşulmalarına, şəhər infrastrukturunun müyəssərliyinin təmin olunmasına , bir sözlə, “Əlilliyi olan şəxslərin hüquqlarına dair Beynəlxalq Konvensiya”nın müddəalarının həyata keçirilməsinə yönəlib”.

Tədbirdə millət vəkili Rasim Musabəyov , Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları çıxış ediblər. AGƏC ilə sıx əməkdaşlıq edən nümayəndələrə mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR