Bank Of Baku

Yeni yaradılan uşaq internet portalı ictimaiyyətə təqdim olunub

Yeni yaradılan uşaq internet portalı ictimaiyyətə təqdim olunub
# 15 dekabr 2011 11:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılan uşaq internet portalının (www.educult.az) təqdimetmə mərasimini keçirib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mərkəzin rəhbəri İradə Yaqubova portalın yaradılmasına sentyabrın 15-dən başlandığını deyib: “Portalda Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, mahnılar, rəqslər, opera və operettalar yerləşdirilib”.

İ. Yaqubova portalda ədəbiyyat nümunələri, klassik əsərlərlə yanaşı uşaqlarla bağlı baş verən tədbirlər, hadisələr və nailiyyətlərin də əks olunduğunu bildirib. O, portalın xarici dillərdə də səhifələrinin açılması istiqamətində işlər görüləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən bəstəkar Oqtay Rəcəbov, şair Vahid Əziz və digərləri bu kimi addımların uşaqların və gənclərin inkişafı üçün vacib olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR