Bank Of Baku

TQDK-da dərsliklərdəki çatışmazlıqlarla bağlı müzakirə aparılacaq

TQDK-da dərsliklərdəki çatışmazlıqlarla bağlı müzakirə aparılacaq
# 15 dekabr 2011 13:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) tarix fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda 2011-ci ildə ali məktəblərə II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında tarix fənnindən təklif edilmiş test tapşırıqlarının statistik göstəricilər əsasında çətinlik dərəcələri və relevantlıq kateqoriyaları baxımından yekun elmi-metodiki təhlili aparılıb.
Seminarda bildirilib ki, qəbul imtahanında təklif edilən 25 test tapşırığından ibarət test bloku qəbul proqramını tam əhatə edib və test tapşırıqlarının mövzular üzrə paylanması zamanı tədris proqramında həmin mövzulara ayrılan saatlar, mövzunu əhatə edən bölmələr arasında nisbət nəzərə alınıb. Nəticələrin təhlili göstərib ki, əvvəlki illərdə olduğu kimi, bu il də abituriyentlərin böyük bir qisminin faktoloji və sxemlərlə bağlı test tapşırıqlarına verdikləri cavabların orta göstəricisi yüksəkdir. Məsələn, Azərbaycanda və türk dövlətlərində orta əsrlərdə mövcud olmuş torpaq mülkiyyət formaları, həmçinin XVIII əsr Azərbaycan xanlarının adlarının verildiyi sxemlə bağlı test tapşırıqlarına abituriyentlərin cavablarının faiz göstəriciləri 40-60 faiz arasında olub.
TQDK-dan bildirilib ki, növbəti seminarda tarix fənni üzrə kurrikulum və dərsliklərdəki çatışmazlıqlarla bağlı müzakirə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR