Bank Of Baku

İyirmi doqquz tələbə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramından xaric olunub

İyirmi doqquz tələbə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramından xaric olunub
# 15 dekabr 2011 14:44 (UTC +04:00)
Bu haqda APA-ya açıqlamasında Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektor müdiri Əlipaşa Zeynalov bildirib.

Ə. Zeynalov həmin tələbələrin proqramdan xaric olunmasının səbəblərini də açıqlayıb: “Onlar ya daxil olduqları ali təhsil müəssisələrindən imtina ediblər, ya da oxuya bilmədiklərinə görə universitetlərdən xaric olunublar. Bu səbəblərə görə biz də onları proqramdan xaric etmişik. Proqramdan xaric olunan tələbələrin sayı ümumilikdə 29 nəfərdir. İndiyədək dövlət proqramı üzrə xaricdə təhsil almağa göndərilən tələbələrin sayının 1204 nəfər olduğunu nəzərə alsaq, bu o qədər də böyük rəqəm deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR